"Muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır" - Hikmət Hacıyev

23:23 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların qəbuluna, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb: "Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən, muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır".